Göründükcə ,
Uzağın sisli qapıları ,
Büründü ətrafım ,
Yavaşca alaqaranlığa .
Etdikcə pərvanə rəqs ,
Sərpildi su tək ,
Yerlərə inci zərlər ,
Süzülüb düşdü ,
Tək -tək aşağı .
Yüksəldi küncdən ,
Harayımın uğultusu ,
Töküldükcə yerə ,
Sızan ala qanım .
Aralandı çatlaq ,
Zər qarışdı qana ,
Sızdı kandardan ,
Baxdıqca yana - yana .
Edib təkrar ,
Yaşadıqca bu anı ,
Dağlanır səssizcə ,
Ruhumun sol yanı .
Olsada əlimdə açar ,
Yox görünən qapı ,
Axtarır gözlərim naçar naçar .
Susmur zəncirlərin səsi ,
Can verir qollarımda ,
Doğmadan ölən...
Həsrətin həvəsi ...!
De mənə fəryadım ,
Neçə dəfə....
Yalan oldu andım ?.
Etti səni əsir ,
Açarı məndə gizli ,
Saxlandığım ...
Qəbir tək qəsir ...