MÜNASİBƏTLƏRİ
Kafka heç vaxt evlənməmişdir. Ümumiyyətlə Kafkanın şəxsi həyatı, münasibətləri çox qarmaqrışıq olmuşdur halbuki öz bədənindən Kafka utanırdı.
Kafka, Felice, Milena və Dora kimi üç ciddi münasibət qurdu. İlk sevgisi Felice ilə qarmaqarışıq bir əlaqəsi vardı. Onunla iki dəfə nişanlanıb, lakin heç vaxt evlənməyib. Daha sonra evli bir qadın Milena ilə yazışmağa başladı və bu yazışmalar illər çəkdi. Nəhayət, Polşalı bir körpə baxıcısı olan Dora ilə nişanlandı. Dora ilə münasibətləri Kafkanın ölümü ilə sona çatdı. Bu münasibətlər haqda daha ətraflı danışası olsam:
Kafka ikinci dəfə də ilk nişanlandığı Felice ilə nişanını yenədə pozdu, bu ikinci nişan dövründə 1917-ci il dekabr ayının sonunda iki nişanlı Praqada ayrıldı. Felice Berlindən, Kafka isə Sürixdən gəldilər və Praqada görüşdülər. Felice'nin gedişindən dərhal sonra Kafka dostu Max Brodun ofisinə gedir. Brod bu hadisəni belə izah edir: "Elə təzə qatar yoluna getmişdi. Üzü ağ, sərt və gərilmişdi. Birdən ağlamağa başladı. Ağlamağını ilk dəfə gördüm. Bu mənzərəni heç vaxt unutmayacağam. Bu mənzərə indiyə qədər yaşadığım ən dəhşətli səhnələrdən biridir. İşlədiyimiz yer rəsmi bir toz içində, iyrənc, iyrənc, şəxsiyyət izi olmayan bir yerdi... Kafka qatar meydanının yanından mənə gəldi , işlədiyim otağa, iş saatı idi. Ərizəçilər, təqaüdçülər və onlardan şikayət edən insanlar üçün olan masamın yanındakı kiçik oturacağa yıxıldı. Orada hönkür-hönkür ağladı. Hıçqıraraq "Belə bir şeyin olması dəhşətli deyil?" dedi. Yanaqlarından axan gözyaşları dayanmırdı. Onu heç vaxt bu qədər çarəsiz, bu qədər dağınıq görməmişdim. Sonra Kafka gündəlikinə bir qeyd yazdı; "Mən duyğusuzam... Elə bir haqsızlıq etdim ki, zavallı qıza işgəncə verirəm və işgəncə cihazını istifadə edən mənəm."
1920-ci ildə Kafka çex yazıçı və jurnalist Milena Yesenka ilə münasibətdə olmağa başlamışdır. Ona yazdığı məktublar daha sonra "Milenaya Məktublar" adı ilə çap olunmuşdur. Milena, Kafkanın əsərlərini Çex dilinə çevirən qadın idi. Milena bir tərcüməçi, jurnalist, köşə yazarı, intellektual və anarxist ruhlu bir şəxs idi, eyni zamanda onlarla insanı gestapo* dan qurtaran bir qəhrəman idi. Kafka və Milena bu tərcümələr münasibəti ilə yazışmağa başladılar. Sonra bu yazışmalar tədricən sevgiyə çevrildi, lakin Milena, sevgilərini imkansız edən evli bir qadın idi. Üstəlik, Milena və Kafka fərqli şəhərlərdə yaşayırdılar. Bu ciddi vəzyət Kafkanı dərindən sarsmışdı. Milena və Kafka yalnız üç dəfə görüşə bildilər. Üçüncüsü artıq Kafkanın məzarının başındaydı. Çünki Kafkanın ölümündən sonra Milenanın günlərdir məzarın yanında gözlədiyi iddia edilir. Onlarla insanı nasistlərdən xilas etsə də, özünü xilas edə bilmədi və müharibənin bitməsindən cəmi bir il əvvəl, 1944-cü ildə düşərgələrdə öldürüldü.
Kafkanın Dora ilə isə münasibətləri çox ciddi idi. Hətta Fələstində yerləşməyi və birlikdə bir restoran açmağı düşündülər. İddiaya görə, Dora birlikdə açacaqları bu restoranda aşpaz olacaqdı, Kafka isə baş garson idi. Kafkanın vərəm ölümü onların planlarını həyata keçirməsinə mane oldu.
Kafka insanların onu zehni və fiziki cəhətdən iyrənc hesab edəcəyindən qorxurdu. Buna baxmayaraq Kafka ilə tanış olanlar onun sakit və gözəl davranış tutumuna, aydın sezilən intellektə, quru yumor hissinə malik olduğunu deyirdi. Brodun fikrincə Kafka onun tanış olduğu ən əyləncəli adam idi. Kafka dostları ilə zarafatlaşmağı sevirdi, lakin çətin vəziyyətlərdə dostlarına yaxşı məsləhət də verə bilirdi. Broda görə Kafka cümlələrini elə qurura bilirdi ki, onlar dinləyiciyə musiqi kimi səslənirdi. Brodun dediyinə görə Kafkanın əsas iki xüsusiyyəti "mütləq dürüstlük" və "qəti vicdanlılıq" idi.
Kafka uşaq ikən idmana az maraq göstərsə də, daha sonra fiziki fəaliyyətlərə və oyunlara maraq göstərmişdir. Yaxşı minici, üzgüçü və avarçəkən idi. Həftəsonlarında o və dostları uzun gəzintilərə çıxardılar, onların çoxu Kafkanın özü tərəfindən planlaşdırılırdı. Yazı onun üçün çox vacib idi: Kafka onu "ibadət forması" adlandırmışdı. Kafka səsə qarşı çox həssas adam idi, sakit yerdə yazmağa üstünlük verirdi.
SİYASİ GÖRÜŞÜ
Birinci dünya müharibəsindən öncə Kafka çex anarxist, antimilitarist və antiklerikalist Klub Mladých təşkilatının bir neçə görüşündə də iştirak etmişdir. Eyni ibtidai və orta məktəbə getmiş Hüqo Berqman və Kafkanın sonuncu akademik ildə (1900–1901) münasibətlərində araları pozulmuşdur. Çünki deyirdi ki "Frans sosialist oldu, mən isə 1898-ci ildə sionist oldum. Sionizm ilə sosializmin sintezi heç vaxt mövcud olmayıb." Berqman qeyd etmişdir ki, Kafka sosializmə olan dəstəyini göstərmək üçün qırmızı qərənfil taxırdı. Bir gündəlik başlığında Kafka anarxist filosof Pyotr Kropotkinin adını da çəkmişdir o sözlər bunlardır:
"Kropotkini unutmayın!"
Biraz daha keçmiş illərdən danışacaq olsam:
AİLƏSİ
Kafka Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində Qədim şəhər meydanının yaxınlığında anadan olmuşdur. Ailəsi mənşəcə orta sinif əşkinazi yəhudisi idi. Anasının adı Yuliya Atasının adı isə Herman olmuşdur.
O dövrlərdə alman dilli insanlar sosial cəhətdən böyük imkanlara sahib olduğundan valideynlər uşaqlarını Yüksək səviyədə alman dilində danışmağa təşviq etmişdilər. Herman və Yuliya Kafkanın 6 uşağı olmuşdur və Frans onların ən böyüyü idi. İki qardaşı Kafkanın 7 yaşı olanda ölmüşdü. 3 bacısı isə İkinci dünya müharibəsi zamanı Holokostda ölmüşdürlər yəni qətliamda. Frans Kafka tərəfindən atası "gücdə, sağlamlıqda, səs tonunda, natiqlikdə, özünü məmnun etməkdə, dözümlülükdə, zehni vəziyyətdə insan təbiəti haqqındakı biliklərdə əsl Kafka" kimi təsvir edilmişdir. İş günlərində hər iki valideyn evdə olmurdular, Yuliya Kafka hətta gündə 12 saat işləyirdi. Nəticədə, Frans Kafka uşaqlıqda böyük tənhalıq hiss etmişdir. Uşaqların tərbiyəsində əsasən mürəbbiyələr və xidmətçilər iştirak etmişdir. Kafkanın atası ilə olan problemli münasibəti əksini 100 səhifəlik "Atama Məktub" əsərində tapmışdır. Bu əsərdə o, atasının şəxsiyyətindən dərindən təsirlənməsindən şikayətlənmişdir. Atasından fərqli olaraq anası sakit və utancaq qadın idi.
Kafka ailəsinin əvvəlcə onlarla yaşayan bir qız xidmətçisi vardı buna görədə evdə elədə gözəl şərait yox idi və ailə darısqal mənzildə yaşayırdı. Fransın otağı çox vaxt soyuq olurdu. 1913-cü ilin noyabrında ailə daha böyük mənzilə köçmüşdü, lakin Elli və Valli artıq evlənib birinci evdən köçmüşdülər. 1914-cü ilin avqustun əvvəlində Birinci dünya müharibəsinin başlamasından az sonra bacılar orduda olan ərləri ilə əlaqələrini itirmiş və buna görə də ikinci mənzilə ailənin yanına qayıtmışdırlar. Bacılarının artıq o zaman uşaqları da vardı. Frans 31 yaşında Vallinin köhnə mənzilinə köçmüş və ilk dəfə təkbaşına yaşamağa başlamışdır.
TƏHSİLİ
1893-cü ildə ibtidai məktəbi bitirdikdən sonra ciddi təhsilin keçirildiyi dövlət gimnaziyası olan və Köhnə şəhər meydanındakı Qoltz-Kinski sarayında yerləşən Köhnə Şəhər Alman Gimnazsiyasına qəbul olunmuş və orta təhsilini burada almağa başlamışdır. Təhsil alman dilində aparılsa da, Kafka çex dilində də yazıb oxuyurdu. O, gimnaziyadakı təhsilini 8 il davam etdirmiş və yaxşı qiymətlər almışdır. Kafka çex dilində yaxşı danışdığından tez-tez təriflənsə də, Kafkanın özü heç vaxt çex dilində səlis danışdığını düşünməmişdir, buna baxmayaraq hətta alman dilində də çex aksenti ilə danışırdı. Matura imtahanlarını 1901-ci ildə vermişdir. Matura imtahanı Orta məktəb təhsili alan gənclərin universitetə və ya oxşar ali təhsil müəssisələrinə davam etmək üçün keçməli olduqları bir imtahandır.
1901-ci ildə Praqada yerləşən Alman Karl-Ferdinand Universitetinə qəbul olunan Kafka kimya ixtisası üzrə təhsil almağa başlamış, lakin iki həftə sonra qərarını dəyişərək hüquq təhsili almağa başlamışdır. Bu sahə onun marağına səbəb olmasa da, qarşısına geniş iş imkanları açırdı, bu isə atasını məmnun edirdi. Bundan əlavə, hüquq uzunmüddətli təhsil tələb edirdi, bu isə Kafkaya alman dili və incəsənət tarixi dərslərinə qatılmaq şəraiti yaradırdı. Universitetdəki ilk ilində Kafka həyatında ən yaxın dostu olmuş Maks Brodla tanış olmuşdur. Brod tezliklə müşahidə etmişdir ki, Kafka utancaq və azdanışan olsa da, dediklərinin çoxu dərin məna kəsb edir.
Brodun təklifi ilə onlar Platonun "Protaqor" əsərini orijinal yunan dilində, öz təklifi ilə isə Qüstav Floberin "Sentimental təhsil" əsərlərini Fransız dilində oxumuşdular. Kafka 18 iyul 1906-cı ildə hüquq üzrə doktorantura dərəcəsi almışdı və bir il müddətinə məcburi şəkildə pulsuz hüquq və cinayət məhkəmələrində hüquq katibi kimi fəaliyyət göstərmişdir.
İŞ HƏYATI
1 noyabr 1907-ci ildə Kafka Assicurazioni Generali sığorta şirkətində işləməyə başlamışdır və buradakı işi bir ilə yaxın davam etmişdir. Bu dövrdəki məktublaşmaları Kafkanın iş saatlarından yəni saat 08:00–18:00 a kimi işləməsindən narazı olduğunu göstərir. Belə ki, bu amil getdikcə onun üçün daha da çox əhəmiyyət kəsb edən yazılarına vaxt ayırması üçün böyük çətinlik törədirdi. Kafka 15 iyul 1908-ci ildə işdən istefa etmişdir. İki həftə sonra Bohemiya Krallığındakı İşçilərin Qəza Sığortası İnstitutuna daxil olanda əsər yazmasına imkan verən yeni iş tapmışdır. İşi sənaye işçilərinə fərdi zərərlərdən ötrü ödənəcək kompensasiyanı müəyyənləşdirmək və araşdırmaqdan ibarət idi. Bu dövrdə iş təhlükəsizliyinə zəif diqqət yetirildiyindən barmaqları və ətrafları itirmək kimi qəzaların baş verməsi adi hal idi. Belə qəzalar xüsusilə tornaçı dəzgahı, əl burğulama maşını, yonucu dəzgahı, fırlanan mişar kimi avadanlıqlarla işləyərkən qeydə alınırdı.
Burada işlədiyi bir neçə il müddətində sığorta institutuna illik hesabatlar yazmışdır. Kafka işini adətən gündüz saat 2-də bitirirdi, buna görə də ədəbi yaradıcılıq üçün vaxt qalırdı. Kafkanın atası isə oğlunun ailənin mağazasını təhvil alacağını gözləyirdi.
Bu dövrlərdə Kafka vegetarian olmuşdur. 1915-ci ildə Kafka Birinci dünya müharibəsində xidmət üçün orduya çağırılmışdır, lakin Kafkanın sığorta institutundakı işverənləri onun dövlət qulluğunda olduğunu əsaslandıraraq buna mane olmuşdurlar. Kafka orduya qatılmaq üçün yenə cəhd etmiş, lakin 1917-ci ildə ona vərəm diaqnozu qoyulduqdan orduya qəbul olunmamışdır.
ROMANLARI
Kafka ilk romanını 1912-ci ildə yazmışdır romanın birinci fəsli "Ocaqçı" hekayəsidir və bu bölüm 1913-cü ildə ayrıca bir hekayə şəklində nəşr olundu. Kafka tamamlaya bilmədiyi bu əsərinə "İtmiş Adam" adını qoysa da, Brod Kafkanın ölümündən sonra onu "Amerika" adı ilə nəşr etdirmişdir. Kafka romanı yazarkən Amerikaya mühacirət etmiş qohumlarının təcrübələrindən istifadə etmişdir. Roman Kafkanın optimist sonluqla bitən yeganə əsəri hesab olunur.
Gündəliyinə görə Kafka "Qəsr" romanı üzərində işləməyə 11 iyun 1914-cü ildə qərar vermişdir, lakin romanı yazmağa 27 yanvar 1922-ci ilə qədər başlamamışdır. Əsərin baş qəhrəmanı yer ölçəndir o, naməlum səbəblər üzündən kəndi idarə edən Qəsrə daxil olmağa icazə ala bilmir. Qaranlıq üslubda işlənmiş romanın əsas mövzuları yadlaşma, bürokratiya, şəxsin sistemə qarşı dayanarkən çəkdiyi sonsuz əziyyət, əldəedilməz məqsəd üçün aparılan boş və ümidsiz mübarizədir.
ÖLÜMÜ
1917-ci ilin avqustunda isə Kafkaya vərəm diaqnozu qoyulmuş və Kafka Bohemiyanın Sürau kəndinə köçmüşdür. Burada bacısı Ottla yeznəsi Karl Hermanın fermasında işləyirdi. O, burada özünü rahat hiss etmiş, hətta burada keçirdiyi vaxtı həyatının ən gözəl dövrü hesab etmişdir. Çox güman ki, bu, onun burada məsuliyyətlərdən azad olması ilə əlaqədar idi.
1924-cü ilin martında Kafkanın səhhəti pisləşmiş, buna görə də o, Berlindən Praqaya qayıtmalı olmuşdur. Burada ailəsi, xüsusilə bacısı Ottla onun qayğısına qalmışdır. Kafka müalicə məqsədilə 10 apreldə Vyana yaxınlığında yerləşən Kirlinqdə həkim Hoffmanın sanatoriumuna getmiş və 3 iyun 1924-cü ildə burada vəfat etmişdir. Ölüm səbəbi aclıq idi: Kafkanın boğazının vəziyyəti ona rahat yemək yeməsinə mane olurdu və parenteral nutrisiya hələ mövcud olmadığından onu bəsləmək mümkün deyildi. Ölüm döşəyində ikən boğazının bağlanıb heç nə yeyə bilməməsindən əvvəl yazmağa başladığı "Aclıq sənətçisi" hekayəsi üzərində dəyişikliklər aparmışdır. Onu nəşi Praqaya gətirilmiş, 11 iyun 1924-cü ildə Praqanın Jijkov rayonunda Yeni Yəhudi qəbiristanlığında dəfn olunmuşdur. Kafka həyatda ikən tanınmırdı, lakin o, məşhurluğu vacib hesab etmirdi. Ölümündən qısa müddət sonra məşhur olmuşdur.
DOSTU MAKS BROD
Kafka nəşr olunmuş və olunmamış əsərlərini dostu Maks Broda buraxmış və ondan ölümündən sonra bütün əsərlərini məhv etməsini istəmişdir. Kafka bunları yazmışdır: "Əziz Maks, mənim son istəyim: Arxamca buraxdığım hər şey – gündəliklər, əlyazmalar, məktublar (özümki və digərlərinin), qaralamalar və s. oxunmamış yandırılsın." Maks bu xahişi yerinə yetirməkdən imtina etmiş, romanlarını və digər əsərlərini 1925-1935-ci illərdə nəşr etdirmişdir. 1939-cu ildə Fələstinə qaçarkən nəşr olunmamış bir çox kağızı özü ilə aparmışdır. Kafkanın sonuncu sevgilisi Dora Diamant da onun arzusunu yerinə yetirməmiş, ondan gizlicə 20 dəftərini və 35 məktubunu saxlamışdır. Onlar 1933-cü ildə Gestapo tərəfindən müsadirə olunsa da, alimlər onları axtarmağa davam edir.
Kafkanın əsərləri Brod tərəfindən nəşr olunmağa başladıqdan sonra böyük diqqət çəkməyə və müsbət rəylər almağa başlamışdır. Brod Kafkanın dəftərlərini xronoloji sıra ilə düzməkdə çətinlik çəkmişdir. Problem o idi ki, Kafka tez-tez kitabın müxtəlif hissələrini müxtəlif vaxtlarda yazırdı; bəzən ortadan yazırdı, bəzən isə sondan. Brod Kafkanın tamamlanmamış əsərlərinin çoxunu çapa vermişdir. Məsələn, Kafka "Məhkəmə" romanının bəzi fəsillərini nömrələməmiş və tamamlamamışdır. Eyni şəkildə, "Qəsr" romanının bəzi cümlələrini tamamlamamış, bəzi hissələrini anlaşılmaz saxlamışdır. Fəsilləri yenidən qaydaya salmış, mətni redaktə etmiş, punktuasiyanı dəyişdirmişdir. "Məhkəmə" 1925-ci ildə Verlag Die Schmiede nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Qalan iki roman Kurt Volf tərəfindən çap olunmuşdur: "Qəsr" (1926) və "Amerika" (1927). 1931-ci ildə Brod Kafkanın 1917-1924-cü ildə yazdığı hekayələri "Böyük Çin səddi" adı ilə nəşr etdirmişdir. Kitabı Gustav Kiepenheuer Verlag nəşriyyatı buraxmışdır. Brodun buraxdığı seriyalar adətən "Dəqiq nəşrlər" adlandırılır.
Brod 1968-ci ildə vəfat etdikdən sonra sayının minlərlə olduğu təxmin edilən Kafkanın kağızlarını katibəsi Ester Hoffeyə buraxmışdır. O, bəzilərini satmış və ya nəşr etdirmiş, lakin çoxunu qızları Eva və Ruta buraxmışdır. Onlar isə kağızları çap etdirməkdən imtina etmişdirlər. 2008-ci ildə bacılar və İsrail Milli Kitabxanası arasında məhkəmə prosesi başlamışdır. İsrail Milli Kitabxanasının iddiasına görə Brod 1939-cu ildə Fələstinə mühacirət edəndə bu kağızlar İsrail xalqının mülkünə çevrilmişdir. 2012-ci ilin oktyabrında isə qanuni olaraq məhkəmə kağızların İsrail Milli Kitabxanasına aid olduğuna dair qərar qəbul etmişdir.