Gözü yaşlı bilinməzlik

Od tutdu ...

Aynaya

Söylədiyim yalanlar.

Savruldu küllər...

Məndən geriyə qalanlar.

Yıxıldıqca

Gündən - günə

Oldu yoxluğa qərq

İşığın fəri .

Çəkili pərdələr

Saçlar dağınıq

Qaçdıqca

düşüncələrdən

Saatda olmuş

Axşamın yarısı.

Siz söyləyin mənə...

Günəşi bu saatda

Qarşılayan birini...

Edərmi ?

Bu onu

Qorxaq birisi...

Çökmüş gözlərimə sis

Uzaqlaşır ayaq səsləri

Günbə - gün

Qoyduqca geridə

Görmək istədiyim

İşıqlı sabahları ...

Tütdükcə burnumda

Suyun duzlu qoxusu

Aldı ağuşuna ruhumu

Bilinməzliyin

Yaldızlı yuxusu...!