Cənnət tək sandığım ,
Köksümün cəhənnəmi,
Etti əmanət,
Gözlərdən iraq ,
Misri cövhəri .
Örtdükcə üstünə ,
Zümrüdü qara ,
Qamaşdı gözlərim ,
Yana - yana .
Alanda başımın üstünü ,
Qara tufan ,
Gördülər sirrini ,
Qazdılar , qazdılar ,
Etdilər param - parça .
Çökdü ayaqda duran ,
Gizli əmanətim ,
Bildikcə ki fərqsizdir,
Xarabalıqdan ,
Dəymədən köksümə balta ,
Qırıldı düşdü orda .
Duman tək sardı ,
Yalvaran səsi ,
Yox gücüm...
Deməklə qaldım,
Uzanan əlini ,
Yavaşca yanına saldı.
İndi xatırlanır ancaq ,
Yaralar açan ,
Xatirə tək sancaq .
Düzülüb sıra - sıra ,
Köksünə qarlı dağlar.
Yolu yoxuş,
Yaxınsada....
Çatmaq o , gündən uzaq.
Buz tuttu..
Qor tək yanan könlüm,
Çatdıqca mənə ,
Ondan gələn sazaq .
Deyildi zirvəm ,
O , gün ,
Çoxda uca ,
Olsaydı fərqli ,
Görünsəydi ağır zəhmim ,
Olmazdı ,
Sızlatmaq üçün,
Torpağıma ayaq basan.