Bundan sonra sözlər və kəlimələr yetərsiz və aciz qalacaq. Söz bitəcək, ömür isə kimisi üçün yavaş-yavaş kimisi üçünsə tez bitəcək. Çünki sözlər və fikirlər bitmişdi, yazmağa və düşünməyə bir şey qalmamışdı. 35 İllik həyatımda ,ürəklə toxunduğum və öpdüyüm yeganə heyvan idi.
Lüsi mənim və qarşımda olan insan üçün, tamamilə başqa anlam daşıyacaqdı. Mən onu, həyatımın ən pis dönəmində, həyəcanla tələşla və balaca bir uşaq sevinci ilə gedib görmüşdüm.Onu ilk dəfə görəndə, gördüyüm ən xoşbəxt heyvan tərəfindən qarşılandım, quyruğu həyəcanla yellənirdi, nəfəsini saxlaya bilmirdi, kiçik qara gözlərini qırpmadan mənə baxaraq, onu sığallamaq üçün mənə yalvarırdı.Onu götürüb yeni sahibinə vermək üçün o qədər tələsirdim ki, bunu illər keçsə belə heç bir cümlə ilə ifadə edə bilməyəcəyəm.
Onu dünyanın ən dəyərli hədiyyəsi kimi təqdim etmək istəyirdim.Mən Lüsini ,onun yeni sahibinə bəyəndirmək üçün dünyanın ən şirin və sevimli canlısını bir yetkin uşağın həyəcanı ilə, aylarla seçib, tapıb almışdım.Beləcə, Lüsi, yeni evini səhər saat 04:00-da pambıq kimi pəncələri ilə cənnətə çevirdi.
Lüsinin ilk günləri
Bu günlərdə yaşadığım evdən ayrıldım. Onlar mənim getməyimə çox sevinirdilər, heç mənlə sağollaşmadılar belə. Ümid edirəm ki, mənim yeni "Ailəm" mənə daha yaxşı qayğı göstərəcək.
3-cü aydır ki, dünyadayam
Tez böyüdüm, hər şey məni cəlb edir və maraqlandırır. yeni evimdə "Martin" adlı balaca bir dostum var o, çox kiçik və sevimlidi. Biz çox nəzakətliyik, bir-birimizi çox maraqla qarşıladıq. O, uçur məni əyləndirir.Mən çox gözələm, mənimlə çox vaxt keçirirlər. Oynamaq üçün oyuncaqlarım var. Dünən mənə hətta yeni sahibimin çarpayısına çıxmaq üçündə icazə verildi . Sahibim çox sevimli birisidir, Mənə ən yaxşı həyatı verəcəklərinə inanıram.
Lüsinin son günü
Bütün sözlərimi, bu andan etibarən yekunlaşdırıram.Mənim səhifələrə sığdırdıqlarımı sizlər qəlbinizin ən dərin və qaranlıq yerinə belə sığdıra bilməyəcəksiniz. Ömrünüzün sonuna kimi, özünüzü və sözünüzü ifadə etmək üçün, şablonlardan istifadə edəcəksiniz. Müxtəlif insanların gözündə dünyanın ən pis insanı ola bilərəm, bəlkə də eləyəm, ancaq Lüsi və mən heç bir zaman, bir sətirlik canlı olmuyacağıq.
Ən sonda isə, adətə uyğun olaraq öz yazımı şəxsi şablonumla bitirmək istiyirəm
"Soybağınızın müəyyən edilməsində gen analizi versəniz belə. Ulu nənənizin sandığını gedib tapıb ortaya çıxarsanız da, siz son mənzilə yola salınana kimi ,sizinlə əlaqədər bir daha belə "remarka" yazılmayacaq."
©Rustam Hajiyev 2024