Çarəsizliyin ağ kəfənindən,
Yaylıq bağlayıb başıma,
Vurdu, vurdu çoxlu sinə daşına.
Süzüldü getdi yağış kimi gözyaşları,
Yanı başında durduğum məzar daşına.
Öttü aylar, gəldim bu yaşıma,
Yenədə gizlicə ruhum qanadı, qanadı.
Deyə bilmədim,döndüm sirr daşına,
Gəlib mənlə indi öz məzar daşına.
Müşkəmbər qoxan bu saçlara,
İncə kirpik, ox qaşlara,
Yağan qarın ayazı düştü,
Gələrək illər sonra məzar daşına.
Un kimi ovxalanıb tökülən,
Qəlbimin kövrək divarlarından,
Anbaan yavaş yavaş sökülən,
Hərkəsi gömdüm bu məzar daşına.
Bahar Alasova
2023-02-28T16:07:56+03:00Teşekkür ederim okuyan herkese :)
Bakışsız Geyik
2023-02-28T15:06:47+03:00Okuması hoştu :)