Sisli yalandan
Süzülən fısıltı
Sahibdi burda
Su tək bir ada.
Edildi uğruna
Çox fədalar ...
Doymadı qana
Gələn sədalar .
Zəlil etdi
Lənəti
Unutdurdu
Vəd etdiyi cənnəti...
Fərmanı
Ölüm olan qula
Etdi hədiyyə
Suyun yaddaşın .
İnim inim inlədi
Yaşarkən yaşadı
Cəhənnəmi
Tutdu səssizcə
Zəhər tək matəmi .
Aldandı çoxları
Zəhərin sehrinə .
Nə vaxt
Anlayınca həqiqəti
Bitti zülmü
Parçalandı
Qəlblərində yüksələn
Şeytanın lənəti.