Su səsində gizləndi fəryadım .
Oturub qaranlıq gecənin ,
Aynası önünə ,
Açdım düyümün ,
Gərdəndəki hörüyün .
Bulandı yaşlı torpaq ,
Göylərin duzlu suyuna,
Qor tək yağanda göydən ,
Səssizcə fəğan, fəryad .
Dolmayan bir xatirənin ,
Kölgə tək fısıltısı,
Yüksəlib önümdə durdu .
Oyulduqca hüzndən,
Könülümə qala,
Ruhum fəryad eylədi ,
Gözləri yana - yana.