İlk günlər normal empati qura bilirdik.O ərəfələr, mental olaraq yaxşı durumda olmadığım üçün, həyatın bioloji ritminə uyğunlaşa bilmirdim. Gün ərzində çox monoton yaşayırdım, "A" nöqtəsindən, "B" nöqtəsinə, su kimi süzülürdüm. Bildiyim tək bir şey vardı, bir gün ən təpədə durub insanlar olan mənzərəni qürurla izləyəcəkdim. Bəlkə zamanlama xətası və ya insan həyatının paranormal dönəminə təsadüf edən pozitiv hadisələrdən şübhə edirdim.Ən gözəl günlərin başlayacağına bir addım qalma sevincinə özümü inandırmağa çalışırdım.
Bir neçə ay sonra, özü ilə söhbətimizdə dəfələrlə İnkar etsəmdə, həmin gün onu ilk görən mən olmuşdum. Sadəcə mövzunun sehri pozulmasın deyə inkar etmişdim. Kiçik gözləri ilə ətrafa gizlin baxışlar atıb, insanları altdan-altdan süzürdü, sonra başını önə əyirdi.Dağınıq uzun saçlarından tanımışdım onu. Həyəcanlı, təlaşlı, Addımları düzgün deyildi, sanki addımlarını sayırmış kimi, gəlib məlum məkanın önündən keçdi, gözü məni axtarırdı.Ona baxanda bu nəticəyə gəldim ki ,qadınlar doğuşdan məxfiliyə dəyər verir və sirlərini özlərində saxlamağı sevirlər.Dəfələrlə qadın intuisiyasının analitik rasionalistin çıxardığı nəticələrdən düzgün olduğunun şahidi olmuşam. Ancaq görünən bu idi ki, məxfilik deyilən bir anlayış hələ gənc yaşlarından ona yad olub.Bir kitabda oxumuşdum "Görünən həqiqətdən daha aldadıcı bir şey yoxdur" və "Bilinməyən hər şeyin gözəl olduğunu düşünürük" şüphəsiz ki, eynən yazıldığı kimidir. Mən ümidlərlə yaşayan bir varlıq olaraq , bu yazının bu formada təfərrüatlı şəkildə yazılmağının nə dərəcə düzgün olduğunu bir neçə il sonra çox gözəl anlayıb dərk edəcəyəm.Həyatın özünün qəribə təsirləri və onun qeyri-adi birləşmələri yaşadır məni.Ən gözəli isə, insan əslində bir şeylər yazaraq sadəcə öz ömrünü uzadır.
Doğulandan bu vaxta kimi, utopiyanın arasına bir yerlərə ilişib qaldığı çox bəlli olurdu.Düşünürəm ki, bu psixologiya ilə "Balaca Şahzadə" oxumaq əvəzinə "Svastika Gecələri" oxumağı daha yerinə düşərdi .Ömrünün sonuna, kimi cəsarət edib son səyfəsini oxuya bilməyəcəyi yazdığı günlük qeydlərinin və müəllifi olduğu dünyanın ən bərbad sözlərinə bəstələnmiş mahnının qüruru ilə xoşbəxt yaşayıb heçnə olmamış kimi dəvam edəcəyinə o qədər əminidim ki.
Bu yazılanlar heç bir zaman silinməyəcək, insanlar silməyə cəhd etsələr belə, tarix silməyəcək. Avtomobilin yan güzgüsündən geridə qalanları izləməyi layiq gördükləri bu həyatın çox qəribə tərəfləri və yönləri əvvəl-axır olacaq.
Onun sehri ,çərçivə arasına dəfn edilib arxasına tarix və məkan yazılmış kəpənəklə birlikdə çoxdan ölüb getmişdi.
Və sonra, ağcaqanadlar diyarında, kəpənəklərin zərrə qədər sehirli olmadığını anlayanda ,artıq yuxudan oyanmışdım.
Oyandı : 13 Mart 1988
Saat : 05:46
Rustam Hajiyev©