İl 53, Karib dənizində üsyan dalğası,
Qırılır Amerikan zəncirinin Kuba halqası.
Bir əldə siqar, bir əldə azadlığ baltası,
Amerikanın əlində də, Fulgencio xaltası.
Sütunları yalan olan, kapitalist bətheybət,
Medya silah və eləyir aramsız məth heyhat.
Yüz minlərlə əsgər, silah və uğursuz fəthi-cəhd,
Yüz gerilla, bir komandan, azadlığın qətli bənd.
Embarqo və sayılı qalan mərmilərlə hürriyyət,
Qaranlığlar, qorxular və azadlığa pür niyyət.
Fili devirən qarışqa dastanı haqda külliyət,
Qara, sarı, qırmızı, azadlığ üçün fərq eləmir milliyət.
7.62, 30 mərmi, sarığ maqazin, Sierra Mastrada əks-səda,
Sosyalizmin ulduzuyla döyüş, qan və ölüm vəssalam.
Diktatura qanundur, cəzalandırılır səs salan,
Azadlığın bayrağını imperyalizmə sancar sağ qalan.
Sosyalizmin rəngi, azadlığ uğrunda tökülən qanın rəngidir,
22 kalibr mərmi səsi hürriyyətin çalınan zəngidir.
İnsanoğlunun pul hərisliyi, inkişafı ləngidir,
Kitab və elm qırmızı idealogiyanın tüfəngidir.