Bunu belə desək daha yaxşı başa düşmək olar. Hər şərdən xəbərdar olmaq. Amma nəzərə çarpan şeyə, sanki yoxmuş kimi yanaşmaq. Hər şeyi ən azı beş duyğu ilə qavrayırsan. Çünki sənin massan duruşun doğulandan və özünü qavrayandan tamam fərqli olub. Gəlin əslində hər şeyin ayrıca yazıldığını qeyd edək və bunun yaxşı bir şey olmadığını xatırlayaq. Qavradıqlarından çıxardığı nəticə ilə yaşaya bilməz insan. Yaxud deyək ki, fərqində olduğu faktlarla yaşamaq, doğru bildiklərini davranışında əks etdirmək hər bir igidin işi deyil. Təbiətin hər bir hissəsi kimi, insanlar da hər şeyi asan qəbul edirlər. Vicdansız əziyyət çəkmədiyi üçün azaddırmı? Vicdan seçimdirmi ,yoxsa sadəcə həyat tərzidirmi. Sözdə "Qarışqanı belə incitməyə qıya bilməyən" İnsan Övladı, əslində ,dərinlərdə bir yerdə insana qarşı qəddarın ən öndə gedənidi. Onlar hansı davranışın doğru və ya yanlış olduğunu həmyaşıdlarından öyrənirlər və bu inanclar və dəyərlər onların vicdanlarının bir hissəsi kimi dərin kök sala bilir.Özünə rəğbət bəsləyən nadir insanlar isə, doğrunun sadəcə "özü" olduğuna inanır.
Hər şeyi bundan artıq daha aydın şəkildə izah edə bilmərəm. Hər kiçik nöqtəyə belə, individual yanaşmalıdı insan əslində. Dəfələrlə təkrar etmişəm, "Yol" getmək , yola çıxmaq, sıradan insanların xərci deyil.
Sadəcə "aşağı" adamlar xoşbəxtliyi ölənə kimi dadacaq.
Hə, bir də, hər şeydən xəbərim var, təşəkkür edirəm.
Rustam Hajiyev©