Daxilində günlərlə yeyilməyi gözləyən səbrli qida məhsulları və üzümüzə baxan sahipsiz soyuducuya belə qayğı lazım olurdu arada. Üzərində müxtəlif ölkələrin adı və silueti olan maqnitlər və maqnitlərin arxasına sığınıb gizlənmiş bir-iki ədəd "xətrin qalmasın" deyə ora düzülən fotolardan başqa bir şey deyildi əslində illər. Dünya çalışdığı və bacardığı qədər tez dönürdü ,hər an işıq sürəti ilə bir-bir gözünüzün önündən axıb gedirdi. Sonda isə o, spesifik qoxular, insan bəzən yuxuda belə qoxu hiss edir, bəziləri güldürür, bəziləri acı ağrı verir, bəziləri ağladır. Bu belə bir yaşam dövrəsidir, o qoxular səni nizamlayır və yaşadır.
Düşünürəm ki, insanın daxilində hər zaman tanrı ilə alıb verəmədiyi bir növ hesaplar olacaq.Bu sadəcə insanın özü ilə hesaplaşmağı deyil, bu bir növ insanların bir-birilərinə qarşı bəslədiyi "misanthrope" və nifrətin onlara görə mədəni yansımasıdı.Görünən budur ki, insanlar bütün dövrlərdə pərdəarxası bir-birilərinə nifrət edib kin qusublar.
Mən artıq, hər şeyi bilirəm, buna əmin ol.
Çox sağol.
Rustam Hajiyev©