Və fərqində olmağın sonu, nə qədər acınacaqlı səslənsə belə, bir yerdən sonra, bir hadisənin fərqinə varmaq və fərqində olmaq, artıq insan üçün adiləşir.Yəni nəyisə qəbul edib düşünüb onun üzərində baş yormaq əvəzinə sadəcə zamanın axarına buraxıb , izləyirsən. Hələ uşaqlıq illərimdən, oturub evdə günlük rutini müşahidə edib axşam isə beynimdə bir növ analiz edib nəticə çıxarırdım.Bu durum işlədiyim yerlərdə daha çox həyat təcrübəmi yüksəldirdi.Çünki saxta və yaltaq insanları müşahidə etmək daha az vaxt alırdı.Gözümün önündə , danışa-danışa batıb dibə vuran insanların "Beyin sərxoşluğu" mənə çox maraqlı və fərqli yumorlara sahip olmağa kömək edirdi.
Əlvidalar, bir növ mədəni olmalıdı.Hələ bu "Fərqində Olan" birinin xaotik dövrünə təsadüf edirsə daha çox diqqət tələb edilməlidi.
Özünə şam işığı ilə bir günəş yarada biləsən, bunu bacara bilsən həyat çox gözəl şəkildə axıb gedəcək və beləliklə heç zaman antiqəhrəman seçilmək və belə bir damğa yemək ehtimalın da olmayacaq.
Gözəl xatırlayıram, səkkiz yaşımda, pəncərəmizdən yağışı izləyib küçədə gəzən, kapişonlu üzü görünməyən insanları görüb onları bir növ əsrarəngiz insanlar kimi yaddaşıma yazırdım.O zamanlar yağışın torpaqla təmasından ətrafa yayılan qoxu belə tamamilə fərqli idi, yağışın islatdığı "Əsrarəngiz insanlar" isə müəmmasını heç bir zaman itirmirdi. Onların müəmma doğuracaq heç səbəbi olmadan. Mənim baxış açım, sıradan insanları hər zaman qeyri adi varlıqlar halına gətirib ,onlara müəmma qoşub dramatik təzad və fikir ayrılığına gətirib çıxarıb məni.
Həyat yaşamaq üçün gözəl yerdi. Sən, "pis insansan" deyə, onlar ideal deyil, buna əmin ol.
Hə, bir də..
Soybağınızın müəyyən edilməsində gen analizi versəniz belə. Ulu nənənizin sandığını gedib tapıb ortaya çıxarsanız da, siz son mənzilə yola salınana kimi ,sizinlə əlaqədər bir daha belə "remarka" yazılmayacaq.
İstədiyim və mənə lazım olan hər şeyi bilirəm.
Fərqində olmağın, sonu.
Rustan Hajiyev©